EnGroup 2018-ci ildə yaradılıb və informasiya texnologiyaları və təhlükəsizlik sistemləri kimi sahələrdə ixtisaslaşmışdır. Yarandığı gündən şirkət özünü Azərbaycanın dinamik inkişaf edən informasiya texnologiyaları bazarında sistem inteqrasiyası, avadanlıq və proqram təminatının təchizatı və quraşdırılması üzrə konsaltinq də daxil olmaqla geniş spektrli xidmətlərin etibarlı tərəfdaşı və təchizatçısı kimi təsdiq etmişdir. EnGroup təhlükəsizlik sistemlərinin təchizatı, quraşdırılması və texniki xidməti üzrə tam spektrli xidmətlər təqdim edir: videomüşahidə, girişə nəzarət, müdaxilə siqnalı sistemi, perimetrin mühafizəsi, yanğın təhlükəsizliyi. Həlllərimizdə müasir və qabaqcıl texnologiyalardan istifadə edirik.
Şirkətimiz dünyaca məşhur istehsalçıların tərəfdaşıdır: ----
Xidmətlərimiz və fəaliyyətlərimiz:
-İnteqrasiya edilmiş sistemlərdən, proqram təminatı lisenziyalarından və proqram təminatından istifadə;
-İnteqrasiya edilmiş İT xidmətləri, İT infrastrukturunun qurulması və “Data Mərkəzləri”nin yaradılması;
- İT kompüterlərin və kompüter avadanlıqlarının distribütor satışı;
-Korporativ və fərdi texniki dəstək xidmətləri;
- Xidmət mərkəzi;
- Proqramlaşdırma;
- İT auditi və konsaltinq.
EnGroup olaraq əsas məqsədimiz Azərbaycanda informasiya texnologiyalarının inkişafına, onların tətbiqinə, innovativ həllərdən istifadənin genişləndirilməsinə dəstək olmaq və bütün bunları hər bir vətəndaş üçün əlçatan etməkdir.
Bizim missiyamız:
- Müasir texnologiyalardan istifadə etməklə biznesin düzgün təşkilinə və davamlı inkişafına kömək etmək;
- Ölkəmizdə innovativ texnologiyaların inkişafına kömək edəcək peşəkar kadrlar hazırlamaq;
- Yaxşı tərəfdaş kimi etimadın qazanılması;
- Azərbaycanda İT bazarının davamlı inkişafı yolunda flaqman kimi çıxış etmək.